Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu dəfə Müşviq “Cinemazadeh”i məhkəməyə verdi - 21 min istəyir

Bu dəfə Müşviq “Cinemazadeh”i məhkəməyə verdi - 21 min istəyir

Tarix: 4 Aprel 2023 18:20

Aktyor Müşviq Şahverdiyevlə tanınmış film istehsalçısı "Cinemazadeh"in direktoru Cəfər Axundzadə arasındakı qalmaqal daha da böyüyüb. Belə ki, Müşviq şirkəti məhkəməyə verib.

Sonxeber.net xəbər verir ki, axşam.az-ın əldə etdiyi məlumata görə, bu gün Bakı Kommersiya Məhkəməsində ilkin iclas keçirilib və şikayətə baxılıb.

Məsələ ilə bağlı M.Şahverdiyev Axşam.az-a açıqlama verib. O bildirib ki, qarşı tərəfdən 21 min manat təzminat tələb edir:

"Ofis işi" serialı ilə bağlı biz də həmin şirkəti məhkəməyə verdik. Pulumuzu tam ödəməyiblər. Bir illik müqavilə imzalanmışdı. 3 ay pul verdilər, qalan qonorarı ödəmədilər. 21 min manat mənə borcu var. Uzunmüddətli serial olmalı idi, amma az çəkildi. Bu gün işə baxıblar, məhkəmə aprelin 20-də olacaq".

Aktyor "Cinemazadeh" şirkətinə bundan əvvəlki məhkəmədə uduzması məsələsindən də danışıb. O bildirib ki, hazırda sənədlər toplayır və iki gündən sonra apellyasiya məhkəməsinə müraciət edəcək:

"Bəzi məsələlər var, sənədlər hazırlanır, iki günə apellyasiya məhkəməsinə işi verəcəyik. Qarşı tərəflə danışmamışıq, onlarla işim yoxdur. Məni haqsız yerə məhkəməyə veriblər. Hakimlə və digər işlərlə bağlı bir çox gizli məqamlar var. Məhkəmə bitsin, qərara baxacam və hər şeyi danışacağam. Apellyasiya məhkəməsini uduzsam, ali Məhkəməyə müraciət edəcəyəm. Onlar heç bir dəlil göstərmədi, amma qalib gəldi. Bu, nə qədər ədalətlidir? Təsəvvür edin, məhkəmədə deyirlər ki, zəng vurduq gəlmədi. Bunu sübut edəcək dəlilləri belə yoxdur və hakim onlara inanır. Mənim isə dəlillərimi qəbul etmədilər".

Qeyd edək ki, şirkət aktyordan 90 min manat təzminat tələb edir.  Şirkət Müşviqlə filmə çəkilməsi üçün müqavilə imzaladığını, aktyorun isə çəkilişlərə gəlmədiyini iddia edib. 


Etiketlər:  dəfə Müşviq Cinemazadehi məhkəməyə verdi istəyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ