Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İrandan Azərbaycana silahlı müdaxilə olarsa, Türkiyə dərhal müharibəyə girəcək - Keçmiş müşavir

İrandan Azərbaycana silahlı müdaxilə olarsa, Türkiyə dərhal müharibəyə girəcək - Keçmiş müşavir

Tarix: 5 Aprel 2023 13:09

"Azərbaycanla İran arasında hərbi münaqişəni təsəvvür etmək mənim üçün çətindir - belədə Türkiyə dərhal müharibəyə girəcək. Azərbaycan ordusunun özü də çox güclüdür və döyüşə hazırdır. O, İran ordusunun "burnunu ovmaq" iqtidarındadır, xüsusən də Türkiyə vəziyyətə müdaxilə edərsə" 

Sonxeber.net xəbər verir ki, bu sözləri Ukrayna Prezidentinin Aparatının keçmiş müşaviri Aleksiy Arestoviç deyib.

"Amma mən hesab edirəm ki, indi hər şey təhdidlər səviyyəsində baş verir, çünki reallıqda tərəflər toqquşmalarda maraqlı deyil. Mən eskalasiya, hərbi insidentlər gözləyirəm, lakin birbaşa toqquşmaların baş verməsi ehtimalı çox azdır", - keçmiş müşavir bildirib.  

Onun fikrincə, bu vəziyyətdə Ermənistanın da şansı azdır: "Rusiya və KTMT-dən kömək istəmək xam xəyaldır, Ermənistanla sərhəd isə Tehran üçün həyati maraqlar zonası deyil".

"İranlılar tankları irəli-geri sürəcək, Azərbaycanı və Türkiyəni qorxutmağa çalışacaqlar, amma problem ondadır ki, Ankara və Bakı əsla qorxmur, qorxmaq niyyətində də deyil. Hətta yəqin ki, İranın "çaşmasını" istəyirlər. Bu perspektivdə İsrail və ABŞ-ın vəziyyətdən istifadə etmək şansı var. Bundan əlavə, unutmaq lazım deyil ki, böyük Azərbaycanın tərkib hissəsi olan Güney Azərbaycanda çoxlu, amma çoxlu azərbaycanlı yaşayır, mən bir neçə on milyon deyərdim, rəqəmi 18-dən 28-ə qədər deyirlər. İran üçün çox böyük rəqəmdir. Bəs yaxşı, onlar İranın Azərbaycan ordusu ilə döyüşmək cəhdinə necə reaksiya verəcəklər? İran anlamaldıdır ki, daxilində fəlakətli problemlər başlaya bilər. Ona görə də İranın militar bəyanatları o demək deyil ki, iranlılar silahdan istifadə etməyə çalışacaqlar".


Etiketlər:  İrandan Azərbaycana silahlı müdaxilə olarsa Türkiyə dərhal müharibəyə girəcək Keçmiş müşavir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ