Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sobyanin: ''Moskvada yeni məscid tikilməsi üçün yer ayrılacaq''

Sobyanin: ''Moskvada yeni məscid tikilməsi üçün yer ayrılacaq''

Tarix: 5 Aprel 2023 23:12

Moskvada yeni məscid tikilməsi üçün yer ayrılacaq.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin öz bloqunda bildirib.

Mer bununla paytaxtın Kosino-Uxtomski rayonunda məscid inşa olunacağı ilə bağlı iddialara və guya həmin rayonun əhalisinin məscid tikintisinə etiraz etməsi ilə bağlı yayılan söz-söhbətlərə son qoyub.

Sobyanin bildirib ki, 2500 kvadratmetr sahəsi olan kiçik məscid Moskvanın Kosino-Uxtomskiy rayonunda Svyatoye gölünün yanında deyil, "Kosino" metro stansiyasının yaxınlığında tikiləcək.

"Mən Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirilldən və Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədri Ravil Qaynutdindən təkliflər almışam. Hər iki müraciətdə tikinti üçün başqa yer seçilməsi xahiş olunub. Bu münasibətlə aşağıdakıları demək istəyirəm:

Birincisi tikinti təklifinin özünə yalnız ilkin olaraq Şəhərsalma və Torpaq Komissiyası tərəfindən baxılıb. Bu məsələ ilə bağlı Moskva hökumətinin heç bir qərarı müvafiq icra hakimiyyəti orqanlarının sərəncamı olmayıb. İkincisi də məscidin sahəsinin 40 000 kvadratmetr olacağı ilə bağlı şayiələr yayılır. Bu, həqiqətə uyğun deyil. Söhbət 2500 kvadratmetrlik bir obyektdən gedir", - deyə mer yazıb.

Sobyanin həmçinin bildirib ki, məscid tikintisi üçün "Kosino" metrostansiyasının yaxınlığında torpaq sahəsi ayrılacaq.

"Məscidin ətrafı abadlaşdırılacaq və bizim Pravoslav məbədlərində olduğu kimi gəzinti üçün əlçatan olacaq. Moskva çoxmillətli və çoxkonfessiyalı şəhərdir. Biz hər zaman sülh və harmoniyada yaşamışıq və yaşayacağıq", - deyə Moskva meri sözlərini yekunlaşdırıb.


Etiketlər:  Sobyanin Moskvada yeni məscid tikilməsi üçün ayrılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ