Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu yollarda tıxac var - Siyahı

Bu yollarda tıxac var - Siyahı

Tarix: 6 Aprel 2023 08:56

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində tıxac yaranıb.

Bu barədə Milli.Az-a DİN-nin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Hazırda yollardakı vəziyyət belədir:

1. Heydər Əliyev prospekti, əsas və kənar yol, mərkəz istiqamətində;

2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

5. "20 Yanvar" dairəsində;

6. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

7. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

8. Babək prospekti, mərkəz istiqamətində;

9. Koroğlu Rəhimov küçəsi, hər iki istiqamətdə;

10. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

11. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

12. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

13. Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyası istiqamətində;

14. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində sıxlıq müşahidə olunur.

Milli.Az


Etiketlər:  Bu yollarda tıxac var Siyahı


RƏYLƏR