Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Aprel 2023 16:56
İtaliyanın keçmiş baş naziri Silvio Berluskoniyə qan xərçəngi diaqnozu qoyulub.
Xatırladaq ki, 86 yaşlı siyasətçi dünən pnevmoniya şübhəsi ilə Milanın San Raffaele xəstəxanasına yerləşdirilib. Bundan cəmi bir həftə əvvəl də Berluskoni xəstəxanaya aparılıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, məlumatlara görə, ondan müxtəlif analizlər, o cümlədən sümük iliyi analizi də götürülüb.
Qeyd edilib ki, ağciyərlərin iltihabı qan xərçənginin səbəb olduğu bədənin ümumi zəifliyinin nəticəsi ola bilər. Hazırda Berluskoninin reanimasiya şöbəsində olduğu bildirilir.
Hakim koalisiyaya daxil olan "İrəli, İtaliya" partiyasının liderinin vəziyyəti ilə bağlı hələlik nə həkimlərdən, nə partiyadan, nə də yaxınlarından rəsmi açıqlama gəlib.