Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mahir oynadı, “Konyaspor” heç-heçə etdi

Mahir oynadı, “Konyaspor” heç-heçə etdi

Tarix: 8 Aprel 2023 07:32

Türkiyə Super Liqasında XXVIII tura start verilib.

Sonxeber.net "report"a istinadən bildirir ki, açılış oyununda Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Konyaspor" evdə "Antalyaspor"la qarşılaşıb. Görüşdə qalib müəyyənləşməyib - 1:1.

Hesabı 24-cü dəqiqədə Məhəmməd Dəmir açıb. Qonaqlar isə 45-ci dəqiqədə Haci Raytın qolun ilə tarazlığı bərpa ediblər.

Oyuna ehtiyatda başlayan Mahir Emreli 66-cı dəqiqədə meydana çıxıb. Əsas vaxta əlavə olunmuş 6-cı dəqiqədə rəqiblə toqquşan 26 yaşlı hücumçu başından yüngül xəsarət alıb.

Qeyd edək ki, bu nəticədən sonra xallarını 36-ya çatdıran "Konyaspor" 8-ci pillədəki mövqeyini qoruyub. 29 xalı olan "Antalyaspor" isə 11-cidir.


Etiketlər:  Mahir oynadı Konyaspor heç heçə etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ