Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Napoli'' addım-addım çempionluğa doğru gedir - VİDEO

''Napoli'' addım-addım çempionluğa doğru gedir - VİDEO

Tarix: 8 Aprel 2023 11:14

Aprelin 7-də İtaliya A seriyasında 29-cu turun oyunlarına start verilib.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, günün ilk matçında "İnter" səfərdə "Salernitana"nın qonağı olub. Matç 1:1 hesabı ilə sona çatıb. "Neradzurri"nin heyətində Qozens, meydan sahiblərindən isə sabiq "İnter"li Kandreva fərqləniblər.

Bu heç-heçə ilə xallarının sayını 51-ə çatdıran "İnter" dördüncü pillədə qərarlaşıb. "Salernitana" isə 29 xalla 15-cidir.

Günün ikinci matçında lider "Napoli" səfərdə "Leççe"nin qonağı olub. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda qolları Di Lorentso ("Napoli"), Di Françesko ("Leççe") və Qallo ("Leççe" öz qapısına) vurublar. Bu qələbə sayəsində xallarının sayını 74-ə çatdıran Maradonanın "həmşəhərliləri" ikinci pillədə qərarlaşan "Latsio"nu 19 xal qabaqlayır.

Ötən günün son matçında isə daha bir Milan təmsilçisi xal itirib. Bu dəfə son çempion "Milan" evdə büdrəyib. "Rossonyerlər" "San Siro" stadionunda "Empoli"nin müqavimətini qıra bilməyiblər - 0:0. Hesabında 52 xal olan "Milan" üçüncü pillədə yer alıb. "Empoli" isə 32 xalla 14-cüdür.


Etiketlər:  Napoli addım addım çempionluğa doğru gedir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ