Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Təl-Əvivdəki terrorda ölən və yaralananlar turistlərdir

Təl-Əvivdəki terrorda ölən və yaralananlar turistlərdir

Tarix: 8 Aprel 2023 08:28

İsrailin paytaxtı Təl-Əvivdə törədilən terror aktı nəticəsində 6 nəfər yaralanıb, 1 nəfər ölüb. Onların hamısı xarici turistlərdir.

Milli.Az bildirir ki, bu barədə "report" təcili yardım xidmətinə istinadən xəbər verir.

Qeyd olunub ki, xəsarət alan turistlər tibb müəssisələrinə aparılıb.

İtaliyadan gələn qonaq hücumun qurbanı olub. Üç turistin vəziyyəti orta ağırdır. Digər iki nəfər isə yüngül xəsarət alıb.

Xatırladaq ki, terrorçu əvvəlcə avtomobillə bir neçə piyadanı vurub, sonra avtomobilindən düşüb və bir neçə nəfəri güllələməyə cəhd edib. Bundan sonra polis onu zərərsizləşdirib.

Milli.Az


Etiketlər:  Təl Əvivdəki terrorda ölən yaralananlar turistlərdir


RƏYLƏR