Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Aprel 2023 08:40
İrəvanda "Meqamol" ticarət mərkəzində Vayfayın adının "Qarabağ Azərbaycandır - FenixBaku" olaraq dəyişdirilməsi ərazidəki insanlar arasında böyük təşvişə səbəb olub.
Sonxeber.net globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Ərazidə başqa Vayfaylar olsa da, yalnız bir restoranın şəbəkəsi sındırılıb və adı, parolu dəyişdirilib. Restoranın Hadrutdan köçən bir ailəyə məxsus olduğu, onların böyük narahatlıq keçirdiyi bildirilib.
Məsələ ilə bağlı aidiyyəti orqanlarla əlaqə saxlanılıb.
Qeyd edək ki, xəbər sosial şəbəkənin erməni seqmentində təşvişlə qarşılanıb. Onlar Azərbaycanın kəşfiyyat orqanlarının əməkdaşlarının İrəvanda olduqlarını iddia ediblər. Bir qisim isə bunu məsafədən də etməyin mümkün olduğunu yazıblar.