Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyada “narıncı” kod verilən vulkan gün ərzində üçüncü dəfə püskürdü - VİDEO - FOTO

Rusiyada “narıncı” kod verilən vulkan gün ərzində üçüncü dəfə püskürdü - VİDEO - FOTO

Tarix: 8 Aprel 2023 13:20

Kamçatkadakı "Bezımyannı" vulkanı sutka ərzində üçüncü dəfə kül püskürüb. Kül sütununun hündürlüyü 5,5 kilometr olub.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Kamçatka ərazisi üzrə Baş İdarəsinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, kül şleyfi şərqə - yaşayış məntəqələrinin olmadığı Kamçatka körfəzinə doğru yayılıb.

Bununla əlaqədar rayonun yaşayış məntəqələrində külün düşməsi müşahidə olunmayıb.

Bundan bir neçə saat əvvəl "Bezımyannı" 5 km hündürlüyə kül püskürüb. Vulkana "narıncı" aviasiya təhlükə kodu verilib: bu yüksək vulkanik aktivlik deməkdir və alçaqdan uçan təyyarələr üçün təhlükə yaradır.

Birinci püskürmədə isə kül sütununun hündürlüyü 3 km olub.


Etiketlər:  Rusiyada narıncı verilən vulkan gün ərzində üçüncü dəfə püskürdü VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ