Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türk dünyasına aşiq Hollivud ulduzu: Qarabağ məsələsində Azərbaycanı dəstəkləyən Rassel Krou

Türk dünyasına aşiq Hollivud ulduzu: Qarabağ məsələsində Azərbaycanı dəstəkləyən Rassel Krou

Tarix: 8 Aprel 2023 14:15

Hollivud ulduzu Rassel Krounun 59 yaşı tamam olur.

Milli.Az lent.az-a istinadən hər kəsin rəğbətini qazanmış bu aktyor haqqında maraqlı faktları təqdim edir. 

Ona "Hollivudun vəhşisi" deyirlər. Dostları öz aralarında ona "Paslı" ləqəbini veriblər.

O, 1964-cü ildə Yeni Zelandiyada doğulub. Uşaq olanda ailəsi ilə birlikdə Avstraliyaya köçüb. Hollivudda onun barəsində söz düşəndə haqqında "avstarliyalı dəli" ifadəsi işlədilir. 

Ən yaxın dostu aktrisa Codi Fosterdir.

Plastik qablardan iyrənir. Tez - tez əsəb böhranları keçirir, çığırıb - bağıranda kimsə qarşısında dura bilmir.

Boyu 185 santimetrdir, çəkisi isə son illər xeyli artıb. İlk rolunu 5 yaşı olanda oynayıb. 

Bir zamanlar rok qruplarda gitara ifa edib, bir müddət restoranlarda ofisiant işləyib.

İndi milyonlarla vəsaiti olan bu aktyorun heç orta təhsili də yoxdur. O məktəbi atıb gedib, jurnalist olmağı arzu edib, lakin qrammatik cəhətdən düzgün yaza bilmədiyi üçün arzusu ürəyində qalıb.

Arzusu ürəyində qaldığına görə, jurnalistləri sevmir, paparazzilərə isə nifrət edir. Əlinə keçəndə mütləq döyür.

Arvadı aktrisa Daniel Spenser ilə 1989-cu ildə tanış olsa da, sevgi münasibətləri 9 il sonra başlayıb. 2003-cü ildə evləniblər. İndi ayrı yaşayırlar. 

Baş rolda oynadığı "Nuh" filmində aktyor anidən hönkür-hönkür ağlayıb. Çünki arvadı ona "daha bir yerdə yaşamayaq" demişdi.

Onların iki oğlu var. 17 yaşlı Çarlz və 14 yaşlı Tennison.

O bir müddət aktrisa Meq Rayanla sevgili olub.

Deyilənə görə, Dostu Cudi Fosterin uşaqlarından birinin atası odur.

O "Qladiator" filmindəki roluna görə "Oskar" alıb. Bu ilk "Oskar" deyildi, "Ağıl oyunları" və "Öz adamım" filmlərindəki rolları da ona bu nüfuzlu mükafatı qazandırmışdı.

Rolları üçün saqqal buraxır. Süni saqqaldan iyrənir.

"Nokdaun" filmində o əsl boksçularla döyüşmüş, real zərbələr almış, hətta xəstəxanalıq olmuşdu. 

Qəzəbini nəzarətə ala bilmədiyinə görə dəfələrlə cərimələr ödəyib, o bütün problemləri yumruqla həll etməyə alışıb.

Qladiator filmindən sonra küçədə onu soymaq istəyən 3 nəfəri döyüb yaralamış, sonra da xəstəxanaya aparmışdı.

O, Avstraliyada öz fermasında yaşamağı sevir, qoyun və inək sürüləri var. Təbiət qoynunda olmaq aktyorun hobbisidir. Bir dəfə etiraf edib ki, inəklərindən biri ölsə hönkür-hönkür ağlaya bilər.

Yad planetlilərin varlığına inanır və hətta onların fotosunu da çəkib NASA-ya verib.

Dünyanın bütün dillərində söyüş söyməyi bilir. Avstraliyanı motosikletlə başdan-başa gəzib.

O yeganə Hollivud ulduzudur ki, evinin damını öz əli ilə təmir edir.

Dəli rolunda çəkilərkən 1 ay dəlixanada, polis rolunda çəkilərkən isə 1 ay polis idarəsində müşahidə keçib.

O, Qarabağ məsələsində Azərbaycanı dəstəkləmiş tək Hollivud ulduzudur. Türk dünyasını sevir.

Milli.Az


Etiketlər:  Türk dünyasına aşiq Hollivud ulduzu Qarabağ məsələsində Azərbaycanı dəstəkləyən Rassel Krou


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ