Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Saç tökülməsinin əsas SƏBƏBLƏRİ

Saç tökülməsinin əsas SƏBƏBLƏRİ

Tarix: 9 Aprel 2023 21:03

Pulmonoloq saç tökülməsinin əsas səbəblərini sadalayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, tanınmış pulmonoloq və bloger Oleq Abakumov qeyd edib ki, əsas səbəblərdən biri yüksək hərarətlə müşayiət olunan orqanizmin intoksikasiyasıdır.

Bundan əlavə, saç tökülməsi qan dövranını pozan, saç follikullarının doymasına mane olan mikrotrombozların meydana gəlməsi ilə təşviq edilə bilər. Həkim əlavə edib ki, keçəlləşmənin səbəbləri B12 vitaminləri və fol turşusu, dəmir çatışmazlığı və qan azlığı, qalxanabənzər vəzin hormonlarının çatışmazlığıdır.

Abakumov deyib ki, sistematik stress və zəiflədən pəhrizlər, D vitamini və yod çatışmazlığı, multivitamin qəbulu nəticəsində A vitamininin çox olması, qidada zülalın olmaması və uyğun olmayan şampun da saçların tökülməsinə təsir edir.

Milli.Az


Etiketlər:  Saç tökülməsinin əsas SƏBƏBLƏRİ


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ