Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İran ''Meraj-532''i sınaqdan keçirdi

İran ''Meraj-532''i sınaqdan keçirdi

Tarix: 9 Aprel 2023 23:06

SEPAH 50 kiloqramlıq döyüş başlığı ilə təchiz edilmiş yüksək dəqiqliyə malik uzun mənzilli kamikadze pilotsuz uçan aparatını sınaqdan keçirib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

"Bu pilotsuz təyyarə gənc mütəxəssislər tərəfindən işlənib hazırlanmış və istehsal edilmiş SEPAH Quru Qoşunlarının bir sıra kamikadze dronlarından biridir", - məlumatda deyilir.

Qeyd olunur ki, pilotsuz uçuş aparatı "Meraj-532" adlanır:

"Cihazın birtərəfli uçuş məsafəsi 450 km-dir. PUA 50 kiloqramlıq döyüş başlığı ilə təchiz edilib".

Milli.Az


Etiketlər:  İran Meraj 532i sınaqdan keçirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ