Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müharibə əlillərinin sosial müdafiəsi 2023-cü ildə həyata keçiriləcək

Müharibə əlillərinin sosial müdafiəsi 2023-cü ildə həyata keçiriləcək

Tarix: 10 Aprel 2023 10:27

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsini əlavə olaraq 2023-cü ildə də həyata keçiriləcək.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla "Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında" sərəncama edilən dəyişiklikdən əksini tapıb.

Bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin əlavə olaraq 2022-ci ildə formalaşmış dövlət icbari şəxsi sığorta vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulmuşdu.


Etiketlər:  Müharibə əlillərinin sosial müdafiəsi 2023 ildə həyata keçiriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ