Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda “Kərimə dövlət”in ünvanı - Xəritə

Azərbaycanda “Kərimə dövlət”in ünvanı - Xəritə

Tarix: 10 Aprel 2023 11:24

Azərbaycanda "Kərimə dövləti" qurmaq istəyənlər bu planlarını "Quql məp"ə də yerləşdirib.

Sonxeber.net Axar.az-a istinadən bildirir ki, axtarış sistemində "Azərbaycan Kərimə dövləti" yazdıqda Bakıda ünvan göstərilir: Süleyman Əhmədov küçəsi; koordinat - 9WH7+5XR;

Xəritə üzərindən araşdırdıqda Süleyman Əhmədov küçəsi yaxınlığında göstərilən ünvanda konkret nəyin yerləşdiyi əks olunmur. Bu addımın iki məqsədi ola bilər:

- "Kərimə dövləti" təbliğatını aparanlar beynəlxalq axtarış sisteminə konkret ünvan əlavə etməklə niyyətlərinin reallığını göstərməyə çalışırlar;

- İranın xəritədə əks olunan ünvanla bağlı hansısa gələcək planları var;

Birinci versiya hazırda daha çox ehtimal ediləndir. Son bir ildə qondarma "Kərimə dövləti" iddiası ilə bağlı Azərbaycanın auditoriyasına hesablanmış təbliğat "yaxın zamanda böyük hadisələrin olacağı" mesajı üzərində qurulub. İstisna deyil ki, "Kərimə dövləti" üçün xəyali ünvanın yaradılması ilə təbliğatın təsir imkanlarını gücləndirmək və "proses başlanıb" görüntüsü yaratmaq istəyirlər. O da istisna deyil ki, bu xəyali ünvan Azərbaycanda "dindarların etirazı" adı altında iğtişaş planları tətbiq edilərsə, hadisələrin idarə olunacağı məkan rolunu da oyanaya bilər.


Etiketlər:  Azərbaycanda Kərimə dövlətin ünvanı Xəritə


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ