Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avtobusda dava: Sərnişin sürücünü boğdu, başqa bir şəxsi təpiklədi - VİDEO

Avtobusda dava: Sərnişin sürücünü boğdu, başqa bir şəxsi təpiklədi - VİDEO

Tarix: 10 Aprel 2023 15:26

Qazaxıstanın Petropavlovsk şəhərində bir nəfər avtobus sürücüsünü az qala boğaraq öldürəcəkdi.

Milli.Az xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" Telegram kanalı məlumat yayıb.

Qeyd olunur ki, aqressiv sərnişin avtobusu ona lazım olan dayanacaqda saxlamadığı üçün sürücüyə hücum edərək onu boğmağa başlayıb. Sürücü huşunu itirib. Onun əməlindən qəzəblənən başqa bir şəxs zorakılıq edən sərnişini salondan çıxarmağa çalışıb. Amma aressiv sərnişin həmin şəxsi də təpikləyib.

Polisin məlumatına görə, avtobus sürücüsünə hücumla bağlı 67 yaşlı yerli sakin saxlanılıb. Onun barəsində xuliqanlıq maddəsi ilə iş başlanıb. (publika)

Milli.Az


Etiketlər:  Avtobusda dava Sərnişin sürücünü boğdu başqa bir şəxsi təpiklədi VİDEO


RƏYLƏR