Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Aprel 2023 08:20
Müğənni Nadir Qafarzadə fobiyasından danışıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, "Həmin Zaur" proqramında qonaq olan sənətçi xəstələnməkdən qorxduğunu açıqlayıb.
"Xəstələnib yatağa düşəndən sonra özün də, başqaları da əziyyət çəkir. Allaha həmişə deyirəm ki, nə vaxtsa canımı alacaqsan. Heç olmasa rahat yatım, səhər desinlər ki, yatdı, durmadı" deyə, Nadir Qafarzadə bildirib.