Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sərnişin stüardessanı zorlamaq istədi

Sərnişin stüardessanı zorlamaq istədi

Tarix: 11 Aprel 2023 17:24

Tailanddan Hindistana uçan İsveç vətəndaşı uçuş zamanı balıq verməkdən imtina edən stüardessaya təcavüz etməyə başlayıb və polisə düşüb.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə Banqkokdan Mumbaya uçan təyyarədə baş verib. Məlumata görə, 24 yaşlı stüardessa təyyarədə sərxoş olduğu iddia edilən  63 yaşlı sərnişinə yaxınlaşıb və yemək seçimi təklif edib.

Ekipaj üzvü təyyarədə heç bir balıq və ya dəniz məhsulları olmadığını bildirib və bu, kişini qəzəbləndirib. "Mən ona yemək üçün toyuq gətirdim və POS terminal vasitəsilə ödəmək üçün bank kartı istədim. Sərnişin kartı çıxarmaq bəhanəsi ilə əlimdən tutdu", - stüardessa deyib.

Bundan sonra isveçli, stüardessanın həmkarlarının dediyinə görə, ona "toxunmağa" başlayıb. Qız hadisəni təyyarənin kapitanına danışıb, o, sərnişinə xəbərdarlıq edib.

Təyyarə hava limanına endikdən sonra stüardessalar hadisə barədə polisə məlumat veriblər və həmin şəxs saxlanılıb. İsveçlinin vəkili iddia edir ki, müştərinin psixi sağlamlıq problemləri var və qadına təcavüz etmək istəməyib.

Milli.Az


Etiketlər:  Sərnişin stüardessanı zorlamaq istədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ