Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Aprel 2023 20:24
İspaniyanın Valensiya şəhərində dörd günlük iş həftəsinin tətbiqinə dair təcrübə başlayıb.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, işçilərin aprelin 10-dan başlayaraq bir ay müddətində bu cədvəl üzrə işləyəcəkləri müəyyən edilib. Onların iş günü 8 saat davam edəcək. Bu qərarı şəhər rəhbərliyi həmkarlar ittifaqları, müxtəlif qurum və şirkətlərlə apardığı danışıqlar nəticəsində qəbul edib. Eksperimentin məqsədi 32 saatlıq iş həftəsinin əhalinin rifahına, iqtisadiyyatına və şəhərin ekologiyasına təsirini öyrənməkdir.
Qeyd olunur ki, sınaq tədbirinin tətbiqi digər məsələlərlə yanaşı, bayram günlərinin ayın üç bazar ertəsi gününə təsadüf etməsi ilə də asanlaşıb. Eksperimentin nəticələri iyul ayında Şəhər Şurasında Las Naves İnnovasiya Mərkəzində açıqlanacaq.
İspaniya hakimiyyəti şirkətlərə işçilərin əmək haqqını azaltmadan iş həftəsinin azaldılmasına görə 150 min avroya qədər pul ödəməklə bağlı qərar verib. Bildirilib ki, təşəbbüsə 10 milyon avro ayrılacaq və 70 kiçik və orta sahibkar burada iştirak edəcək.