Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dünənki insident buna görə baş verib - FOTO

Dünənki insident buna görə baş verib - FOTO

Tarix: 12 Aprel 2023 07:21

Dünən Dığ kəndi istiqamətində baş verən insidentin səbəbləri haqda "Land of fire" səhifəsi ehtimalını yayıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, Ermənistan Müdafiə Nazirliyinin təqdim etdiyi videodan iki fərqli kadrlar birləşdirilib və hadisənin baş verdiyi ərazinin tam görüntüsü əldə edilib.

Bildirilib ki, erməni mediasının yaydığı görüntünin tamlaşdıranda ərazidə Azərbaycan Silahlı Qüvvələrinin 4 postu olduğu görünür. Biri zəif görünür (mərkəzdə), digər ikisi yaxşı möhkəmləndirilmiş, barajla əhatə olunmuşdur (solda), 4-cü isə isə postlar arasında keçən yolların kəsişməsində yerləşir (sağda). Bütün yollar Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.

Kadrda cəmi 1 erməni postunun olduğu görünür. Bu postun bu gün yaradılmadığı, daha əvvəldən qurulduğunu təxmin etmək olar.

Dünən isə ermənilər öz postundan bizim ən qabaqcıl postumuza gedən yol istiqamətində səngər qazmaq və post qurmaq qərarına gəliblər. Kadrlarda həm ekskavator, həm də aparılan işlər əks olunub.

Ermənilərin əsas niyyəti postlarınız arasında rabitə xətlərimizi kəsmək olub, bu isə etiraz doğurub. Buna etiraz etdikdə isə ermənilər əvvəlcədən qurulmuş ssenari üzrə atəş açıblar.

Milli.Az


Etiketlər:  Dünənki insident buna görə baş verib FOTO


RƏYLƏR