Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rus generaldan xaricdəki vətəndaşlara: Geri qayıdın!

Rus generaldan xaricdəki vətəndaşlara: Geri qayıdın!

Tarix: 12 Aprel 2023 07:58

Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri, general-polkovnik Andrey Kartapolov xaricdə işləyən hərbi mükəlləfiyyətli ölkə vətəndaşlarına məzuniyyət götürüb geri qayıtmağı məsləhət görüb.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, deputat xaricdə işləyən və hərbi xidmətə çağırış kağızı alan Rusiya vətəndaşlarına birillik məzuniyyət götürüb vətənə qayıtmağı və hərbi xidmətdən sonra yenidən işinə dönməyi məsləhət görüb.

Eyni zamanda, o bildirib ki, xaricdə yaşayan və hərbi mükəlləfiyyəti olmayan Rusiya vətəndaşları elektron çağırış kağızı alıblarsa, bu hərbi xidmətə uyğunsuzluq barədə müvafiq sənədləri elektron poçt vasitəsilə göndərə bilərlər.

Qeyd edək ki, Dövlət Duması Rusiyada vətəndaşların hərbi uçotu barədə məlumatlardan ibarət vahid reyestrin yaradılması barədə qanun qəbul edib.


Etiketlər:  generaldan xaricdəki vətəndaşlara Geri qayıdın


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ