Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müəllimlərin yerdəyişməsi müsabiqəsi başlayıb - VİDEO

Müəllimlərin yerdəyişməsi müsabiqəsi başlayıb - VİDEO

Tarix: 12 Aprel 2023 16:54

Müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başlayıb.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, vakansiya üçün ilkin olaraq şəhid ailələrinin üzvlərinə yer seçmək imkanı veriləcək.

Emin Əmrullayev boş yerlərlə proses avtomatlaşdırıldığından məktəblərdə vakansiyaların gizlədilməsinin praktiki olaraq mümkün olmadığını vurğulayıb.

Nazir saxta diplom məsələsinə də münasibət bildirib.

O həmçinin Botanika İnstitutunun ləğv edilməsi ilə bağlı iddialara da aydınlıq gətirib. Emin Əmrullayev bildirib ki, ləğvolma prosesi oradakı işçilərin ixtisarı və ya işdən çıxarılması anlamına gəlmir.

Onun sözlərinə görə, hazırda institutdakı eksponarların köçürülməsi istiqamətində də müzakirələr aparılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  Müəllimlərin yerdəyişməsi müsabiqəsi başlayıb VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ