Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Çin kosmik qayaya zərbə endirəcək - FOTO

Çin kosmik qayaya zərbə endirəcək - FOTO

Tarix: 12 Aprel 2023 19:00

Çin planetlərin müdafiəsi vasitələrinin sınaqları çərçivəsində Amerikanın DART missiyasının uğurunu təkrarlamağı planlaşdırır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Çin Dərin Kosmik Tədqiqatlar Laboratoriyasının alimləri açıqlama veriblər.

Bildirilib ki, 2025-ci ildə kosmosa eyni anda iki qurğu yola düşəcək və onlar Yerə yaxın olan "2019 VL5" asteroidinə doğru uçacaqlar. Qurğulardan biri asteroidi tədqiq edəcək, ikincisi isə uçuş sürətini dəyişmək üçün kosmik qayaya zərbə endirəcək. 

Beləliklə də Çin potensial təhlükəli asteroidlərə qarşı planetlərin müdafiə vasitələrini sınaqdan keçirən dünyada ikinci ölkə olacaq.

Milli.Az


Etiketlər:  Çin kosmik qayaya zərbə endirəcək FOTO


RƏYLƏR