Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyandan ötəngünkü təxribatla bağlı etiraf

Paşinyandan ötəngünkü təxribatla bağlı etiraf

Tarix: 12 Aprel 2023 22:15

Bu gün Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə növbəti anormal bəyanatla çıxış edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, ötəngünkü təxribatı dolayısı ilə ölkəsindəki "beşinci kolonun" törətdiyinə işarə edən Paşinyan bildirib ki, təhlükəsizlik xidməti bu məsələ ilə ciddi məşğul olmalıdır.

Baş nazir qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin tərkibində xarici ölkələrin agentlərinin olması istisna edilmir:

"Məsələn, yüksək rütbəli zabit orduda təşviş yaradır və tabeliyində olanlara döyüş mövqelərini tərk etməyi tapşırır. Bu cinayətlərin motivlərini aşkar etmədən vəziyyəti izah etmək olmaz. Deməli, bu zabitlərin komandirləri ilə yanaşı, onların yuxarıdan əmr aldıqları daha bir instansiya var".

Milli.Az


Etiketlər:  Paşinyandan ötəngünkü təxribatla bağlı etiraf


RƏYLƏR