Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Aprel 2023 04:04
Son 2500 il ərzində bəşəriyyət tarixində bir çox təbii fəlakətlər baş verib ki, bəzi bölgələri hətta tam olaraq Yer üzündən silib.
Lakin bəşəriyyət üçün ən dəhşətli il eramızın 536-cı ili olub.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Harvard Universitetinin alimləri açıqlama veriblər.
O zaman Avropa, Yaxın Şərq və Asiyanın bir hissəsi 18 ay alaqaranlıqda yaşayıb. Günəş Ay kimi işıq saçıb. Temperatur 1,5-2,5 dərəcəyə düşüb və son 2,5 min ilin ən soyuq onilliyi yaşanıb.
Bu dövr qlobal iqlim dəyişikliyinin başlanğıcı, həmçinin sonrakı əsrlərin bütün kataklizmlərinin və epidemiyalarının səbəbi olub. Bu fəlakət aclıq, vəba və Şərqi Roma İmperiyasının süqutu ilə nəticələnib.
Alimlər daha iki dəhşətli kataklizmdən bəhs ediblər. 1201-ci ildə Suriyada baş verən zəlzələ misligörünməmiş dağıntılara səbəb olub. Nəticədə Ölü dənizin dibi boyunca parçalanma baş verib və təxminən 1,1 milyon insan həlak olub.
1931-ci il avqustun 25-də Böyük Çin daşqını nəticəsində 200 minə yaxın insan boğularaq həyatını itirib. Daha sonra vəba xəstəliyi yayılıb, aclıq səbəbindən uşaqların öldürülməsi və hannibalizm (adam yemək) halları baş qaldırıb.