Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Aprel 2023 18:25
"Neçə vaxtdır deyirəm ki, aktyorlar üçün qəbristanlıq yaradılsın. Çünki aktyorlar, incəsənət adamları rəhmətə gedəndə hamı qalır bir-birinə baxa-baxa. Çətinlik çəkilir, gözləyirlər ki, Qurd qapısından, Xırdalandan xəbər verilməlidir".
Sonxeber.net bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı "ATV səhər" verilişinə müsahibəsində deyib.
Aktrisa Rusiyada olan "Novodeviçye" qəbristanlığını misal çəkərək Azərbaycanda da eynisinin yaradılmasını təklif edib:
"Tanınmış aktyorlar bir yerdə dəfn edilməlidir. "Novodeviçye" qəbristanlığına giriş bizim pulla 5 manatdır. Oradan yığılan pul isə işçilərə verilir. Onlar da qəbirləri, otları təmizləyir, çiçəklər əkirlər".
Qeyd edək ki, A.Bəşirqızı təklifi bir neçə gün əvvəl keçirilən Teatr Forumunda da edib.