Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Aprel 2023 21:28
"SOY" prodakşının rəhbəri Oqtay Əliyevin həlak olduğu yol qəzasında yaralanan Xalq artisti Mehriban Zəki və Əməkdar artist Dilarə Əliyevadan xəbər var.
Sonxeber.net bildirir ki, onların səhhəti və hazırki psixoloji vəziyyətləri ilə bağlı D. Əliyevanın qardaşı Vüsal Murtuzəliyev "Sherg.az"a açıqlama verib.
Aktyor deyib ki, M.Zəkinin sınıqları səbəbilə bir az ağrıları var:
"Mehriban xanımla, demək olar, hər gün danışıram. Bir balaca ağrıları var. Yavaş-yavaş düzəlir. Təbii ki, sınıqlarına görə ağrıları da olur. İnşallah yaxşı olacaq. Dilarə çətin də olsa, özünə gəlir. Özünü ələ almalıdır. Ona görə toparlanır. Bu qədər işlər var. Həm Oqtayın işlərini davam etdirmək lazımdır. Həm də özünün işləri qalıb. Hələ ki efirə çıxmır, seriala da çəkilmir. Yəqin ki Oqtayın 40-dan sonra yavaş-yavaş başlayacaq".