Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Aprel 2023 21:45
Laçın rayonu istiqamətində, Dığ kəndi yaxınlığında 11 apreldə baş verən erməni təxribatından sonra Ermənistan ordusu bu gün mühəndis-istehkam işlərini davam etdirməyə başlayıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə erməni mediasına açıqlamasında Dığ kənd icmasının üzvü Aqram Avsepyan deyib.
O bildirib ki, mühəndis işləri məhz atışma baş verən ərazidə gedir.
Avsepyan həmçinin iddia edib ki, Ermənistan heç bir mövqe itkisi verməyib.