Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Aprel 2023 07:42
Mikrobioloq Esra Şəkər yumurta ilə bağlı xəbərdarlıq edib.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, o, quş qripi və bakterial xəstəliklərin insanlara keçməsinin qarşısını almaq üçün quş əti və yumurtaların yüksək temperaturda bişirilməsi lazım olduğunu bildirib.
Onun sözlərinə görə, çiy yumurta və ondan hazırlanan məhsulları yeyilməməlidir.
Bundan əlavə, mikrobioloq həmçinin hazır sous və kremlərin istifadəsində də diqqətli olmağı tövsiyə edib.
"Xəstəliklərin sıx yayıldığı dövrlərdə evdə hazırlanan, çöldə istehlak edilən mayonez sousları və ya xəmir kremi kimi məhsulların istifadəsini azaltmaq lazımdır", - Şəkər qeyd edib.
O, yumurtaların soyuducuda saxlanmasını və istifadə edilməzdən əvvəl yuyulmalı olduğunu da məsləhət görüb.