Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Elektron siqaret çəkməyin ÖLÜMCÜL TƏHLÜKƏSİ

Elektron siqaret çəkməyin ÖLÜMCÜL TƏHLÜKƏSİ

Tarix: 15 Aprel 2023 22:51

Zaman-zaman onkoloqlar siqaret çəkməklə ağciyər, qırtlaq, böyrək və digər orqanlarda xərçəngin inkişaf etdiyi barədə xəbərdarlıqlar ediblər.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, onkoloq Aleksandr Seryakov aludəçilik səbəbindən ölümcül xəstəliklərin yaranması barədə danışıb.

Onkoloq bildirib ki, elektron siqaretlərin yaranması ilə bir çox siqaret çəkənlər daha az zərər verəcəyinə əmin olaraq onlara keçməyə başlayıblar:

"İndi vapelər siqaretdən heç də az deyil və daha çox problemə çevrilib. Vapedən gələn zərər ənənəvi siqaretin nəticələri ilə müqayisə edilə bilər. Hər iki qrupda (ənənəvi siqaret və vape) həkimlər qan damarlarının nəzərəçarpacaq dərəcədə zədələnməsini, hüceyrələrdə oksigenin aşağı səviyyədə olduğunu və damar divarının sərtliyini artırdığını qeyd ediblər. Siqaret çəkmə tənəffüs pozğunluqlarının inkişafına, yüksək qan təzyiqinə, infarkt və insult riskinə, koqnitiv pozğunluğa səbəb olur".

Onun sözlərinə görə, qliserin və propilenqlikol qızdırıldıqda formaldehid ayıran birləşmələr əmələ gəlir. Bu maddə xərçəngin inkişaf riskini artıran birinci qrup kanserogenlərə aiddir.

Seryakov əlavə edib ki, vape yağının tüstüsü həm siqaret çəkənlərə, həm də ətrafdakılara zərər verir. Elektron mayelərin bəzi növləri nikotin ehtiva edir. Gənclərdə beynin inkişafını ləngidir, yaddaşa, konsentrasiyaya, özünü idarə etməyə və öyrənmə qabiliyyətinə pis təsir edir. Bundan əlavə, siqaret çəkənlərdə yemək borusu, qırtlaq, udlaq, böyrəklər, sidik kisəsi, qaraciyər, mədəaltı vəzi, mədə, uşaqlıq borusu, düz bağırsaq xərçənginə tutulma ehtimalı yüksəkdir.

Siqaretdən və ya qəlyandan imtina etmək heç vaxt gec deyil. Bunu etmək üçün yaxşı bir səbəb tapmalı, bir tarix təyin etməli, nikotin əvəzedicilərindən istifadə etməlisiniz.


Etiketlər:  Elektron siqaret çəkməyin ÖLÜMCÜL TƏHLÜKƏSİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ