Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İstanbulda qorxulu anlar: Küçələri silahla dolaşıb... - VİDEO

İstanbulda qorxulu anlar: Küçələri silahla dolaşıb... - VİDEO

Tarix: 16 Aprel 2023 20:04

İstanbulda "Dalton qardaşlar" kimi tanınan cinayət təşkilatının yeni görüntüləri üzə çıxıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, görüntülərdə təşkilat üzvlərinin avtomat silahlarla küçələrdə avtomobillə hərəkət etməsi yer alıb.

Qrup üzvlərinin qorxu yaymaq üçün həmin anların görüntülərini sosial şəbəkədə paylaşdıqları müəyyən edilib.

İstanbul Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi ötən gün İtaliyada saxlanılaraq həbs edilən mütəşəkkil cinayət təşkilatının lideri Barış Neckinin rəhbərlik etdiyi şəbəkəyə qarşı əməliyyat keçirib. Əməliyyat zamanı barələrində həbs qətimkan tədbiri seçilən 161 şübhəlidən 131-i tutularaq saxlanılıb.

Milli.Az


Etiketlər:  İstanbulda qorxulu anlar Küçələri silahla dolaşıb VİDEO


RƏYLƏR