Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məktəb illərindən başlayan dostluq elə bir sevgiyə çevrildi ki... - FOTO

Məktəb illərindən başlayan dostluq elə bir sevgiyə çevrildi ki... - FOTO

Tarix: 16 Aprel 2023 21:20

Bu mövsümd "Çelsi"nin işləri yaxşı getmir. Komanda yalnız UEFA Çempionlar Liqasında uğurludur. Ancaq onların 1/4 finaldakı rəqibinin "Real" olduğunu nəzərə alsaq, bunun davamlı olacağına inanmaq çətindir.

Milli.Az bildirir ki, London klubunun futbolçuları tənqid hədəfinə çevrilib. Onlar arasında Kay Haverts də var. Ancaq o, "Borussiya Dortmund"la görüşdəki perfomansı ilə müəyyən qədər azarkeşlərin inamını bərpa etsə də, tam olaraq sabitlik əldə edə bilmir. Çünki "Çelsi"nin Premyer Liqadakı vəziyyəti acınacaqlıdır.

Ancaq Havertsin şəxsi həyatı uğurludur. 23 yaşlı futbolçunun çətin günlərində Sofiya Ueber adlı xanım yanında olur. Almaniyalı gözəl 1999-cu ildə anadan olub. O, Kaydan üç ay böyükdür. Məktəb təhsilini başa vurduqdan dərhal sonra modelliyə başlayıb. Peşəsinə baxmayaraq, Sofiya sosial şəbəkələrdə çox təvazökardır. Onun "İnstaqram" hesabında 100-dən az foto var.

Kai və Sofia bir-birlərini uşaqlıqdan tanıyırlar. Onlar eyni məktəbə gediblər. Əvvəl dostlaşıblar, daha sonra da görüşməyə başlayıblar. Onlar uzun müddətdir bir yerdədirlər. Dostluqlarının nə vaxt sevgiyə çevrildiyini belə bilmirlər. Bəli, onlar bir-birilərinin ilk məhəbbətidirlər..

Cütlük 2018-ci ildən birlikdə yaşayır. Haverts sosial şəbəkələrdə münasibətlərinin 5 illik yubiley haqqında yazanda Sofiya son dərəcə təsirli cavab verib: "Ən yaxşı dostum, səni sevirəm!"

Ueber Havertsin təsirli karyerasının canlı şahididir. Alemannia məktəbindən başlayıb, "Bayer Leverkuzen"dəki ilk qolu ilə yüksələn və Çempionlar Liqasının finalına qədər davam edən hər uğurunda futbolçunun yanında olub.

O, Qətərdə keçirilən Dünya Kubokuna da yollanmışdı. Lakin həmin yarış Kay və Almaniya millisi üçün uğursuz oldu.

Qız itləri sevir. Onların Londondakı evində insanların vəfalı dostu hesab edilən itlər yaşayır. Bu o deməkdir ki, evdə futbolçunun yolunu təkcə Sofiya adlı gözəl gözləmir... (publika)

Milli.Az


Etiketlər:  Məktəb illərindən başlayan dostluq elə bir sevgiyə çevrildi ki FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ