Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xaricdən şübhəli zəng gələrsə... - VİDEO

Xaricdən şübhəli zəng gələrsə... - VİDEO

Tarix: 16 Aprel 2023 22:50

Son illər kiberhücumlar aktual problemlərdən biri olaraq qalmaqdadır.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki,istər sosial şəbəkələr üzərindən, istərsə də iş fəaliyyətimizdə kiber hücumlara son zamanlar daha tez-tez rast gəlirik.

Bu kimi hallara qarşı aparılan maariflənidirici tədbirlərə baxmayaraq, hələ də bu tora düşən vətəndaşlar az deyil.

İT üzrə mütəxəsis Fərhad Əliyevin sözlərinə görə, bu dələduzluqların çoxu xaricdən idarə olunur.

Digər bir dələduzluq faktına toxunan ekspert bildirdi ki, bəzən vətəndaşlar arasında qorxu və həyəcan yaradaraq, kiberdələduzlar öz çirkin əməllərini həyata keçirir.

Ekspert bu cür kiberdələduzlarla mübarizə aparmaq üçün vətəndaşları ayıq-sayıq olmağa çağırdı.

"Şübhəli mesajlar gəldikdə qəbul etməyib bloklamaq lazımdır".

Həmçinin  heç bir halda sosial şəbəkələr və ya vətəndaşa gələn gizli  zənglər üzərindən fərdi məlumatları paylaşmaq olmaz.

"O cümlədən təhlükəsizlik kodlarının da paylaşılması yolverilməzdir".

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az


Etiketlər:  Xaricdən şübhəli zəng gələrsə VİDEO


RƏYLƏR