Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dünyanın ən təhlükəli vulkanlarından biri aktivləşib

Dünyanın ən təhlükəli vulkanlarından biri aktivləşib

Tarix: 17 Aprel 2023 07:50

Aprelin 16-da Meksikada Popokatepetl vulkanı aktivləşib. Kül buludu təxminən 6700 metr hündürlüyə qalxıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, vulkana görə əhalinin təxliyəsinə başlanılıb.

Milli Fəlakətlərin Qarşısının Alınması Mərkəzinin (Cenapred) Meksika Milli Muxtar Universiteti (UNAM) ilə birgə keçirdiyi gündəlik monitorinqin nəticələrinə görə, son 24 saat ərzində Popocatepetl vulkanında 148 püskürmə qeydə alınıb.

Popokatepetl Meksikanın paytaxtı Mexiko şəhərindən 64 kilometr cənub-şərqdə yerləşir və dünyanın ən aktiv vulkanlarından hesab edilir.

Milli.Az


Etiketlər:  Dünyanın ən təhlükəli vulkanlarından biri aktivləşib


RƏYLƏR