Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Aprel 2023 08:30
Hindistanda 2 il öncə koronavirusdan öldüyü bilinən şəxs evinə qayıdıb.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, Madhya Pradeş ştatının Dhar şəhər sakini olan Kamleş Patidar evə qayıdaraq yaxınlarını şoka salıb.
Ailə üzvlərinin verdiyi məlumata görə, ikinci dalğada koronavirusa yoluxduqdan sonra səhhəti ağırlaşan Patidar Qucarat Dövlət Xəstəxanasına yerləşdirilib, daha sonra xəstəxana pasiyentin öldüyünü bildirib və yaxınlarına cəsədi təhvil verib. Ailə hətta ənənələrinə uyğun olaraq, Patidarın "cəsədi"nin yandırılmasını da icra edib.
Evinə qayıdan Patidar bu zaman kəsiyində harada olması barədə ailəsinə məlumat verməyib.