Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərsu Hövsan sakinlərinin ümidlərini qırdı - VİDEO

Azərsu Hövsan sakinlərinin ümidlərini qırdı - VİDEO

Tarix: 17 Aprel 2023 18:48

Paytaxt Bakıda da hələ də kanalizasiya xətləri olmayan yaşayış məskənləri qalmaqdadır.

Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Suraxanı rayon, Hövsan qəsəbəsi Oqtay Şabanov küçəsində olan evlərin heç birinin kanalizasiya xətti yoxdur. Bu vəziyyət sakinlərin həyatını çətinləşdirir.

"Əlacsız qalan sakinlər tullantı sularını həyətlərində qurduqları şambo deyilən yeraltı quyulara axıdır"

Hər ayın sonunda isə həyətdə toplanan çirkli sulardan qurtulmaq üçün əlavə pul verib çirkabçəkən maşın gətirirlər. Öz kanalizasiya sistemləri olmaması az deyilmiş kimi, üstəlik ətraf qəsəbələrdən dənizə axıdılan çirkab sularının pis qoxusuna da dözməli olurlar.

Sakinlər deyir ki, havalar qızdıqca ərazidə üfunətdən nəfəs almaq olmur.

"Xəzər Xəbər"in əməkdaşları məsələ ilə bağlı "Azərsu" ASC ilə əlaqə saxlayıb"

Qurumdan bildirildi ki, həmin ərazidə infrastruktur mövcud deyil və bu ilin planında da nəzərdə tutulmayıb. Gələcəkdə isə dövlət investisiyaları hesabına kanalizasiya sisteminin yaradılması nəzərdə tutulur.

Qəsəbə sakinlərinə isə sadəcə gözləmək düşür. Çirkab sularının niyə dənizə axıldılması ilə bağlı suala isə qurumdan heç bir cavab ala bilinməyib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Etiketlər:  Azərsu Hövsan sakinlərinin ümidlərini qırdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ