Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda 20 marşrutun hərəkət xəttində dəyişiklik ediləcək - SİYAHI

Bakıda 20 marşrutun hərəkət xəttində dəyişiklik ediləcək - SİYAHI

Tarix: 18 Aprel 2023 10:48

Bakı şəhərində keçiriləcək "Azərbaycan Qran Pri " yarışları ilə əlaqədar olaraq 20 müntəzəm marşrut xəttinin hərəkət sxemində aşağıda göstərilən qaydada dəyişiklik ediləcək.

Bu barədə Sonxeber.net-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, dəyişikliyə əsasən, 1, 2, 4, 10, 46, M3 və H1 nömrəli marşrutlar üzrə avtobuslar alternativ olaraq D.Əliyeva küç., K.Səfərəliyeva küç., Nizami küç., Neftçilər pr. - Y.Səfərov küç, ilə təşkil ediləcək, 10 nömrəli marşrutlar üzrə avtobuslar alternativ olaraq A.Şaiq küç, - Ş.Bədəlbəyli küç. - D.Əliyeva küç., K.Səfərəliyeva küç., Nizami küç., Neftçilər pr. - Y.Səfərov küç, ilə təşkil ediləcək.

5 nömrəli marşrut üzrə avtobusların başlanğıc dayanacaq məntəqəsi Süleyman Rəhimov küçəsində olmaqla təşkil ediləcək.

88 nömrəli marşrutlar üzrə avtobusların başlanğıc dayanacaq məntəqəsi Puşkin küç. (28 May m.st) olmaqla hərəkəti D.Əliyeva küç., - R.Behbudov küç. ilə təşkil ediləcək;
6, 18, 31, 37 və 77 nömrəli marşrutlar üzrə avtobusların son dayanacaq məntəqəsi B.Sərdarov küç. olmaqla Ş.Şamil küç., Lermantov küç., B.Sərdarov küç. ilə təşkil ediləcək;
53, 125 nömrəli marşrutlar üzrə avtobusların son dayanacaq məntəqəsi M.Useynov küçəsində (Bakı funikulyoru) olmaqla təşkil ediləcək;
61 nömrəli marşrut avtobuslarının hərəkəti S.Vurğun küç. - Ş.Bədəlbəyli küç. - R.Behbudov küç. ilə təşkil ediləcək;
65 nömrəli marşrut üzrə avtobusların hərəkəti M.Muxtarov küç., - Ə.Cavad küç., - Azərbaycan pr. ilə təşkil ediləcək;
205 nömrəli marşrut avtobuslarının hərəkəti Lökbatan NMM - Bakı Dairəvi Avtomobil yolu - M.Müşfiq küç. daha sonra öz xətti ilə hərəkətini davam etdirəcək.
E1 nömrəli marşrutun hərəkəti Bakı Dairəvi Avtomobil yolu, M.Müşfiq küç., A.Şaiq küç, - Ş.Bədəlbəyli küç. - D.Əliyeva küç., K.Səfərəliyeva küç., Neftçilər pr. ilə təşkil ediləcək.

Qeyd: 6 nömrəli marşrut 2 istiqamət üzrə fəaliyyət göstərəcək. 1-ci istiqamət Azadlıq prospekti m.st. - Axundov bağı; 2-ci istiqamət Funikulyor - Ö.F.Nemanzadə küç.


Etiketlər:  Bakıda marşrutun hərəkət xəttində dəyişiklik ediləcək SİYAHI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ