Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Uşaqlıq travması var, etikası yoxdur'' - Müğənnilər Rövşanəni tənqid etdilər

''Uşaqlıq travması var, etikası yoxdur'' - Müğənnilər Rövşanəni tənqid etdilər

Tarix: 18 Aprel 2023 17:25

"Uşaqlıq travması var, etikası yoxdur"

Müğənnilər Nura Suri və Ayan Babakişiyeva son günlər qonaqları ilə verilişində qalmaqal yaşayan aparıcı Rövşanə Ağasəfqızını tənqid edib.

Sonxeber.net olay-a istinadən xəbər verir ki, bu barədə onlar influenser Nagehan Abdullayevanın aparıcı ilə efirdəki mübahisəsinə fikir bildirərkən yazıb:

"Gözəlim, sən niyə onun verilişinə getmisən axı? Onun hamı ilə problemi var. İnsanları sevmir, bilmirəm niyə belə edir... Bəlkə də uşaqlıq travması var. Sənin ailənə necə bağlı olduğunu, uşaqlarına, həyat yoldaşına necə baxdığını hamı bilir. Mən səni sevə-sevə izləyirəm. Anama da deyirəm ki, adamın Nagehan kimi gəlini ola! Yıxılan evin dirəyisən! Səni çox sevirəm. Çox yaxşı insansan və mərdsən! Bil ki, bunu hamı görür və bilir", - deyə, Nura Suri bildirib.

Ayan Babakişiyeva isə Rövşanə haqda bunları yazıb:

"Sualın məğzi olmalıdır ki, qonaq da ona uyğun cavab versin. Bu jurnalist özü sual verib, özü də cavablandırır. Nə dinləmə etikası, nə də düzgün yanaşması yoxdur. Nagehan da elə düzgün cavab verib ki, sualı birinci özün anla, daha sonra təqdim et. Əla! Doğurdan da yaxşı etmisən".


Etiketlər:  Uşaqlıq travması etikası yoxdur Müğənnilər Rövşanəni tənqid etdilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ