Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cek Nikolson 2 il sonra belə görüntüləndi - FOTO

Cek Nikolson 2 il sonra belə görüntüləndi - FOTO

Tarix: 18 Aprel 2023 21:24

2021-ci ildən bəri ictimaiyyət arasına çıxmayan əfsanəvi aktyor Cek Nikolsonun görüntüləri yayılıb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, 85 yaşlı aktyor uzun müddət sonra Kaliforniyadakı evinin eyvanında paparassilərin hədəfinə tuş gəlib.

Üç dəfə "Oskar"a layiq görülən aktyor yorğun görünüşü ilə diqqət çəkib.

Qeyd edək ki, ABŞ mətbuatında yayılan xəbərə görə, C.Nikolson 2021-ci ildən evinə qapanıb. Onun psixi problemlərdən əziyyət çəkdiyi deyilir. Eyni zamanda, "Los Angeles Lakers"in sadiq fanatı olan məşhur ulduz sonuncu dəfə iki il öncə basketbol oyununda görüntülənib.


Etiketlər:  Nikolson sonra belə görüntüləndi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ