Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qızı ilə 4 gün parkda yatıbmış

Qızı ilə 4 gün parkda yatıbmış

Tarix: 18 Aprel 2023 23:50

"Mən zəngin, özünü idarə edə bilən ailənin övladı olmuşam. Kasıb ailədə doğulmamışam. Bunu hər zaman demişəm. Lakin çox kasıb həyat yaşamışam".

Milli.Az olay-a istinadən bildirir ki, bu sözləri "Təsir dairəsi" verilişində müğənni Roza Zərgərli deyib. O, ailə qurduqdan sonra yaşadığı çətinliklərdən danışıb:

"Hansı gənc qız qucağında uşaq 4 gün parkda yatar? Evsiz qalar? Mənim övladlığa götürdüyüm uşaqlar yaxşı mənada hazırın nazirinə çatdılar. Çünki onda Roza Zərgərli idim. Öz doğma övladımla həmin əziyyətləri yaşamışam. Çünki kirayədə qaldığım evin sahibi gəldi, danışdı, başa düşdüm ki, onun niyyəti başqadır. Çantalarımı yığıb, uşaqlarımı götürəndə yeni ev axtarana qədər parkda qaldım".

Milli.Az


Etiketlər:  Qızı ilə 4 gün parkda yatıbmış


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ