Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

7 yaşlı qızı zorlayıb öldürdü - VİDEO

7 yaşlı qızı zorlayıb öldürdü - VİDEO

Tarix: 19 Aprel 2023 17:24

İraqda qan donduran qətl hadisəsi törədilib.

Milli.Az lent.az-a istinadən bildirir ki, Bəsrədə 7 yaşlı qızı konfet bəhanəsi ilə aldadan şəxs uşağa təcavüz etdikdən sonra onu boğaraq öldürüb.

Qətldən sonra bölgədəki təhlükəsizlik kamerası görüntülərindən təsbit edilən təcavüzkar saatlar sonra yaxalanıb. Törətdiyi qətli etiraf edən qatil polisin müşayiəti ilə hadisə yerinə aparılıb və qətli necə törətdiyini danışıb. Təcavüzkar qızın cəsədini zibil qutusuna atdığını açıqlayıb. Məlum olub ki, həmin şəxs oğlunu öldürdüyü üçün həbsxanaya düşüb və amnistiyadan istifadə edərək 6 ildən sonra azadlığa çıxıb.

İraq prezidenti Əbdüllətif  Rəşid qatilin ən ağır şəkildə cəzalandırılması lazım olduğunu vurğulayıb. Rəşid bu cür cinayətlərdə çəkindiricinin güclü və qətiyyətli olması lazım olduğuna diqqət çəkərək, vətəndaşların təhlükəsizliyini, azadlığını və ləyaqətini qorumaq lazım olduğunu bildirib.

İraq Uşaq Təşkilatı qatilin edam edilməsini tələb edib. İraq Uşaq Təşkilatının üzvü Reca Ahmet qatilin asılaraq edam cəzasını tətbiq etməsini istəyib və bu cür qətllərin narkotiklə mübarizənin əhəmiyyətini ortaya qoyduğunu dilə gətirib.

İraq Daxili İşlər Nazirliyinin məlumatına görə, İraqda cinayətlərin 80 faizindən çoxunu narkotik istifadəçiləri törədib.

Milli.Az


Etiketlər:  7 yaşlı qızı zorlayıb öldürdü VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ