Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Aprel 2023 18:38
İranda noyabrda "Bəsic" üzvünün ölümündə ittiham olunan 14 etirazçıya hökm oxunub.
Sonxeber.net APA-ya istinadən bildirir ki, müttəhimlər arasında daha əvvəl edam cəzasına məhkum edilən Həmid Qarahasanlou ən uzun həbs cəzasını alıb, ona 15 il həbs cəzası verilib.
Hüquqşünaslar və hüquq müdafiəçiləri məhkəmələri ədalətsiz adlandırıb və hökmlərin tələsik və vəkil seçmək hüququ olmadan həyata keçirildiyini bildiriblər.
Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Bəsic" silahlı dəstəsinin üzvü Ruhullah Əcəmian noyabr ayında Tehran yaxınlığındakı Kərəcdə etirazçılar tərəfindən bıçaqlanıb, döyülüb və aldığı xəsarətlərdən ölüb. İran İslam Respublikası Əcəmianın ölümünə görə, Məhəmməd Mehdi Kərəmi və Məhəmməd Hüseyni edam edib.