Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Boşanmaların sayı artıb - VİDEO

Boşanmaların sayı artıb - VİDEO

Tarix: 20 Aprel 2023 14:12

Hərgün 50 boşanma faktı qeydə alınır.

Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki,Azərbaycanda cari ilin yanvar və fevral aylarında 7 min 541 nikah, 3 min 14 boşanma halı qeydə alınıb. Yəni hər gün təxminən 50 cütlük boşanıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,9-dan 4,6-ya düşüb, boşanmaların sayı isə 1,5-dən 1,8-ə qədər artıb.

"Vətəndaşlar boşanmaların çoxalma səbəbini müxtəlif amillərlə əlaqələndirirlər"

Sosioloq Elçin Bayramlının sözlərinə görə, boşanma proseduru xeyli asanlaşdırılıb. Bundan başqa maddi dəyərlər mənəvi dəyərlərdən önə keçib. Bunu təmin edə bilməyən ailələrdə isə problemlər yaranmağa başlayır.

Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin ailə məsələləri şöbəsinin böyük məsləhətçisi Səmra Əliyeva deyir ki, son dövrlər boşanma motivləri arasında daha çox sosial şəbəkələrin mənfi təsiri, maddi səbəblər, aldadılma, uşağın olmaması, zorakılıq kimi faktorlar dayanır.

"Xəbər Ertəsi"nin hazırladığı videomaterialı təqdim edirik.


Etiketlər:  Boşanmaların sayı artıb VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ