Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazirin “Togg” yuması diqqət çəkdi - FOTO

Nazirin “Togg” yuması diqqət çəkdi - FOTO

Tarix: 21 Aprel 2023 09:14

Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank elektromobilini özü yuyub.

Sonxeber.net report-a istinadən xəbər verir ki, nazir sosial şəbəkədəki hesabında "Bayram təmizliyi" qeydi ilə "Togg"un yuyarkən çəkilən fotoları paylaşıb.

Qollarını çırmayıb milli elektromobil "Togg"u yuyan Varankın paylaşımı qısa zamanda rəğbətlə qarşılanıb.

Xatırladaq ki, "Togg" Türkiyənin ilk yerli elektromobilidir. Onun istehsalına başlanılmasının anonsunu ilk dəfə 2017-ci ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan verib. Bundan bir il sonra qonşu ölkənin 5 aparıcı şirkəti - "Anadolu Group" (19 %), BMC (19 %), "Root Group" (19 %), "Türkcell" (19 %), "Zorlu Holding" (19 %) and TOBB (% 5) bir araya gələrək elektromobilin istehsalına başlamaq üçün birgə müəssisə yaradıb.

Müəssisədə ilkin olaraq ildə 175 000 ədəd elektromobilin istehsalı nəzərdə tutulub. 2030-cu ilə qədər isə illik istehsal gücü 1 milyon ədədi keçəcək.

Mustafa Varank daha əvvəl bildirib ki, vətəndaşların 95 %-i yerli elektromobili bəyənir. C sinifli SUV tipli elektromobil eyni sinifdəki daxili yanma mühərrikli avtomobillərlə rəqabət aparacaq.


Etiketlər:  Nazirin Togg yuması diqqət çəkdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ