Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

APOEL-i Bakıda nə qədər azarkeş dəstəkləyəcək?

APOEL-i Bakıda nə qədər azarkeş dəstəkləyəcək?

Tarix: 21 Oktyabr 2019 13:04

“Qarabağ”ın Avroliqanın qrup mərhələsnin 3-cü turunda evdə qarşılaşacağı APOEL-in Bakıya gələcəyi vaxt müəyyənləşib.

Bu barədə Qol.az-a açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib. O, rəqib komandanın oktyabrın 22-i Bakıda olacağını bildirib. Klub rəsmisi Nikosiya təmsilçisini dəstəkləmək üçün Kiprdən 75 azarkeşin gələcəyi gözlənildiyini bildirib. 

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – APOEL matçı saat 20:55-də başlayacaq.
 


Etiketlər:  APOEL Bakıda qədər azarkeş dəstəkləyəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ