Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Aprel 2023 15:12
Paytaxt Bakıda fəaliyyət göstərən bəzi özəl mətkətlərdə illik təhsil haqqı artırılıb. Bu isə uşaqlarını onsuz da baha olan özəl liseylərdə oxudan valideynlərin büdcə yükünü artırıb.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, "Xəzər Xəbər" bəzi özəl məktəblərin qiymətləri ilə maraqlanıb.
Mütəxəssislər bildirir ki, Azərbaycanda hazırda 31 özəl məktəb fəaliyyət göstərir.
"Onların da illik ödənişi ildən-ilə artmaqdadır"
Məktəblərin illik ödənişlərinin məbləği ibtidai və yuxarı siniflərə görə dəyişir.
Məsələn, ötən il ibtidai siniflərdə 2000 manat olan illik ödəniş bu gün 3500 manat, 6400 manat olan 8000 manat, 15 min manat olan liseyin təhsil haqqı isə 16500 manata yüksəlib.
Bu sadalananlar ibtidai siniflər üçün nəzərdə tutulan qiymətlərdir. Yuxarı siniflər üçün illik ödəniş məbləğləri isə daha yüksəkdir.
"Valideynlər də bahalaşan qiymətlərdən narazı olduqlarını bildiriblər"
Təhsil eksperti Kamran Əsədov isə deyir ki, əslində ölkədə özəl məktəblərin illik təhsil haqqları 4 min manatı keçməməlidir. Ekspert bildirir ki, bu ilin sentyabrında özəl məktəblər xidmət haqqını 20 faizdən 60 faizədək artıracaq.
"Xəzər Xəbər" qiymətlərlə bağlı tanınmış özəl liseylərdən bir neçəsi ilə əlaqə saxlasa da, qiymətlərlə bağlı suallara cavab verilməyib"
Təhsil Nazirliyindən isə bildirildi ki, nazirlik özəl məktəblərin yalnız tədris proqramlarına nəzarət edir. Həmin məktəblərin maliyyə məsələlərinə isə Nazirlik müdaxilə etmir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: