Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çempionlar Liqası: İstanbul finalının biletləri satışa çıxarıldı

Çempionlar Liqası: İstanbul finalının biletləri satışa çıxarıldı

Tarix: 21 Aprel 2023 18:02

Çempionlar Liqasının final oyununun biletləri satışa çıxarılıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, UEFA-nın yaydığı məlumata görə, 72 min biletdən 47 min 200-ü ictimaiyyət üçün açıqdır və satış qurumun saytında həyata keçirilir. 20 min bilet finalçı komandaların azarkeşləri üçün nəzərdə tutulub. Qalan biletlər yerli təşkilat strukturu, UEFA, UEFA-ya üzv assosiasiyalar, kommersiya tərəfdaşları və yayımçılar üçündür.

Biletlər dörd kateqoriya üzrə fərqli qiymətlərə satılır və qiymətlər 70 avro ilə 690 avro arasında dəyişir.

Qeyd edək ki, İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçiriləcək final matçı iyunun 10-da baş tutacaq.

Xatırladaq ki, Çempionlar Liqasının yarımfinalında "Real" (Madrid) "Mançester Siti", "Milan" "İnter"lə üz-üzə gələcək.


Etiketlər:  Çempionlar Liqası İstanbul finalının biletləri satışa çıxarıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ