Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2023 20:54
Ermənilər Azərbaycan ərazisindəki qədim Alban məbədlərinə yiyələnmək arzusundan əl çəkmirlər.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, erməni mediası Xocavənd rayonundakı Amaras məbədində təmir-bərpa işlərinin davam etdiyini bildirib.
"Luys" fondunun maliyələşdirdiyi və 2019-cu ildə başlayan təmirin hazırkı, "üçüncü mərhələsi"ndə monastıra bitişik binalar bərpa edilir.
Qeyd edək ki, ermənilər "təmir-bərpa" adı ilə uzun onillər Alban məbədlərini "erməni kilsəsinə" çevirib, məbədlərə "qədim erməni çalarları" qataraq, dünyaya təqdim ediblər.
Hazırkı "bərpa" prosesində də Amaras məbədini erməniləşdirməyə çalışdıqları şübhəsizdir.
Xatırladaq ki, məbəd rus sülhməramlıların məsuliyyət zonasında yerləşir.