Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Laçın-Xankəndi yolundakı aksiya 134 gündür davam edir

Laçın-Xankəndi yolundakı aksiya 134 gündür davam edir

Tarix: 24 Aprel 2023 09:14

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

Milli.Az xəbər verir ki, ictimai fəallar aksiyanı gecə boyu da davam etdirib. Aksiya iştirakçıları 134 - cü günə də Azərbaycan dövlət himnini səsləndirməklə başlayıb.

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb, 134 gündür davam edir.

Milli.Az


Etiketlər:  Laçın Xankəndi yolundakı aksiya 134 gündür davam edir


RƏYLƏR