Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Aprel 2023 08:15
Bəzi insanların öz həmyaşıdlarından daha yaşlı və ya gənc görünməsinin bəzi sirləri var.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, Hollandiyada aparılan araşdırmada real yaşından ən az 5 yaş kiçik görünənlərin idrak qabiliyyətlərinin digərlərinə nisbətən daha çox inkişaf etdiyi sübut olunub.
Onlar həmçinin yaşa bağlı xəstəliklərdən 25 faiz daha az əziyyət çəkirlər. Daha yaşlı görünən insanlarda yaşla bağlı xəstəliklərin riskinin çox yüksək olduğu müəyyən edilib.
Yaşlanmanın sürətinə həyat tərzi, genetika təsir etdiyi kimi, xarakterin də təsiri var. Daha pozitiv, kinsiz, küdurətsiz, kamil düşüncəli adamlar gec qocalırmış. Beyində serotonin ifrazı çox olan adamlar daha şən və daha gənc qalırlar. Əksinə, melonxolik tipli insanlar həmyaşıdlarından daha erkən qocalır və daha tez - tez xəstələnirlər.